13 Oktyabr 2014 10:41
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzza zolağının son döyüş əməliyyatları nəticəsində zərər çəkmiş infrastrukturunun bərpa edilməsi üçün donor ölkələr 5,4 milyard dollar ayırmaq niyyətindədirlər.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bu barədə fikir Qahirədə keçirilən Qəzzaya yardım konfransında səsləndirilib. Norveç xarici işlər naziri Borge Brendenin sözlərinə görə, vəd edilən yardım Qəzza hakimiyyətinin istədiyindən artıqdır.

Konfransda ən böyük məbləği Qətər vəd edib ki, bu rəqəm 1 milyard dollar göstərilir. Küveyt və Birləşmiş Ərəb Əmirlikləri hərəyə 200 milyon dollar, Avropa İttifaqı 568 milyon dollar, ABŞ isə 212 milyon dollar ianə göndərəcək.

Qeyd edək ki, konfrans ərəfəsində ABŞ baş katibi John Kerry qış ayları yaxınlaşdıqca ev-eşiksiz qalmış minlərlə fələstinlinin təcili yardıma ehtiyacı olduğunu bəyan edib. O həmçinin əlavə edib ki, bütün tərəflər sülh sazişi bağlamağa səy göstərməlidir. Forumun açılışında isə Misir prezidenti Əbdül Fəttah əs-Sisi israilliləri münaqişəyə son qoymağa çağırıb.

Samir


Müəllif:

Oxşar xəbərlər