İstefa qərarı verən Yaponiya Baş naziri Şinzo Abe Rusiya Prezidenti Vladimir Putinə zəng edib.
Teleqraf.com xəbər verir ki, yapon siyasətçi Tokionun Kuril adaları ilə problemi həll etmək üçün Moskva ilə dialoqu davam etdirmək istədiyini təsdiqləyib.
Bundan əlavə, Abe Putinə ortaq iş üçün təşəkkür edib.
Bundan əvvəl Yaponiya baş nazirinin ABŞ Prezidenti Donald Trampla danışıq apardığı bildirilmişdi. Onlar Şimali Koreyada qaçırılan Yaponiya vətəndaşları və Tokionun müdafiə strategiyasını yeniləmək planlarını müzakirə etmişdilər.