31 Avqust 2020 22:38
4 634
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsraildən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ilk təyyarə reysi baş tutub.

Teleqraf.com xəbər verir ki, İsrail Hava Yollarına məxsus təyyarənin bu gün Təl-Əvivin Ben Qurion hava limanından Əbu-Dabiyə doğru hərəkət etdiyi bildirilib.

Təyyarənin gövdəsində ivrit, ərəb və ingilis dillərində sülh mesajları yazılıb. Bu, iki ölkə arasında münasibətləri normallaşdırmaqla bağlı tarixi razılaşma əldə edilməsindən sonra İsraildən BƏƏ-yə doğru uçan ilk təyyarə hesab edilir.

“Röyter”in məlumatına görə, təyyarə Səudiyyə Ərəbistanı üzərindən Əbu-Dabidə eniş edəcək. Bu, ilk dəfə olaraq İsrailə məxsus bir təyyarənin Səudiyyə Ərəbistanı səmasından keçməsi deməkdir.

Əlavə edək ki, avqustun 13-də BƏƏ və İsrail arasında ABŞ-ın vasitəçiliyi ilə əlaqələrin normallaşdırılmasına dair razılaşma əldə olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər