Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı sistemli mübarizə tədbirlərinə baxmayaraq gündəlik yoluxma və ölüm hallarında kəskin artım davam edir. Ekspertlər yoluxmadakı sürətli artımın səbəbini kütləvi tədbirlərdə məhdudiyyətlərə ciddi əməl olunmamasında görürlər.
AZƏRTAC xəbər verir ki, avqustun 31-da Türkiyədə 110 min 102 nəfər testdən keçirilib. Onlardan 1587 nəfər xəstə çıxıb. Gün ərzində infeksiyadan 44 nəfər ölüb, 1087 nəfər isə sağalıb. Sutka ərzində infeksiyaya yoluxanların sayı dünənki ilə müqayisədə 105 nəfər çoxdur. Xəstəlikdən dünyasını dəyişənlərin sayında isə avqustun 27-si ilə müqayisədə 18 nəfər artım var. Hər iki artımda təhlükəli dinamika müşahidə olunur.
Qeyd edək ki, Türkiyədə yeni növ koronavirus riski artan bölgələrdə vilayətlər üzrə, xüsusilə kütləvi tədbirlərə qarşı müəyyən məhdudiyyətlər tətbiq olunur.