1 Sentyabr 2020 11:06
8 928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Vaşinqtondakı səfirliyi ABŞ-ın Estoniyadakı hərbi manevrlərini təxribat və son dərəcə təhlükəli hesab edir.

Teleqraf.com xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.

Məlumatda Estoniyada sentyabrın 1-dən 10-dək çoxsaylı raket sistemlərinin tətbiqi ilə təlimlərin keçiriləcəyi bildirilib. Rusiya səfirliyi ABŞ ordusunun Rusiya sərhədlərinə yaxın - 110 kilometr məsafədə fəaliyyət göstərdiyini vurğulayıb.

“Rusiya Federasiyası dəfələrlə ABŞ və müttəfiqlərinə hərbi və təlim fəaliyyətlərini məhdudlaşdırmağı və təlim zonalarını Rusiya-NATO təmas xəttindən çıxarmağı təklif edib”, - açıqlamada qeyd olunub.

Diplomatik nümayəndəlik ABŞ-ın davranışlarını Avropadakı gərginliyi daha da artıran addım kimi qiymətləndirib. Manevrlərin bölgədəki kəskinləşmiş siyasi vəziyyət fonunda keçirildiyini diqqətə çatdırıb.

Rusiya avqustun 20-də federasiya sərhədləri yaxınlığında NATO-nun iki casus təyyarəsinin tutulduğunu elan edib. Eyni zamanda, Qara dənizdə NATO ölkələrinin – Fransa və İngiltərənin iki kəşfiyyat təyyarəsi görülüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər