İsrail Suriya ordusunun Dəməşqin cənubundakı mövqelərinə hava hücumları təşkil edib.
Teleqraf.com xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Hücumun Hermon Dağı və Qolan Təpələrindən həyata keçirildiyi qeyd edilib. İsrail Hərbi Hava Qüvvələrinin Suriya ordusunun silah anbarlarını vurduğu bildirilib.
Suriya ordusunun zərbələrin bir hissəsini dəf etdiyi vurğulanıb. Buna baxmayaraq, Suriya ordusunun ən azı iki hərbçisi həlak olub, yeddi əsgəri yaralanıb.