1 Sentyabr 2020 12:35
6 966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin iki kilometrliyində yerləşən Meyisti adasına hərbi qüvvə göndərən Yunanıstan Rodosa da hərbi birliklər dislokasiya edib.

Teleqraf.com xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.

Hərbi qüvvələrin mülki gəmilərlə daşındığı vurğulanıb. Yunanıstan Müdafiə Nazirliyi bu addımı “Türkiyədən gələn təhdid"lə” izah edib.

Türk siyasi analitik Səlami Kuran bildirib ki, Yunanıstan 1960-cı illərdən bəri bölgədəki 16 adaya hərbi qüvvə göndərib:

“Yunanıstan bununla əldə edilmiş anlaşmaların üstündən xətt çəkib. Əgər anlaşmalar pozulursa, onlara yenidən baxılmalıdr. Əlbəttə, Türkiyə də sakit dayanmır, hərbi sahədə lazım olan bütün addımları atır. Yunanların bölgədə hərbi dəniz bazası qurması bir çox anlaşmaları ləğv edib. Bunlar beynəlxalq müstəvidə müzakirə olunmalıdır”.

Kuran qeyd edib ki, Türkiyə və Yunanıstan arasındakı anlaşmalara görə, tərəflərdən heç biri adalarda hərbi qüvvə saxlamamalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər