1 Sentyabr 2020 13:51
1 929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstan 3 qonşu ölkəni çıxmaqla qalan dövlətlərlə sərhədlərini bağlayır.

Teleqraf.com xəbər verir ki, Macarıstan bu qərarı ötən həftədən verib.

Sentyabrın 1-dən qüvvəyə minən qərara görə, ölkə şərq qonşuları Polşa, Çexiya və Slovakiyadan gələn və koronavirus testi neqativ çıxan turistləri qəbul edəcək. Onların qabaqcadan yer rezerv etdikləri bildirilir.

Macarıstanın dövlət naziri Gergey Gulyas bu məhdudiyyətləri məktəblərin açılması ilə əlaqələndirib və əlavə edib ki, bu tədbirlər iqtisadiyyatı qoruduğu kimi insanları da mühafizə edəcək.

Son məlumatlara görə, Macarıstan iqtisadiyyatı ilin ikinci rübündə 13,6 faiz, sənaye sektoru 20,1 faiz, xidmət sektoru isə 12,2 faiz azalıb.


Müəllif: Yeganə Oqtayqızı