Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili NATO-nun Quru Qoşunlarının komandanı general-leytenant Roger Klutie ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, görüşdə Gürcüstan ilə NATO arasında əməkdaşlığın genişləndirilməsi, Gürcüstanın Avratlantik məkana inteqrasiyası, müdafiə qabiliyyətinin gücləndirilməsi və s. məsələlər diqqət mərkəzində olub.
Görüşdə Cənubi Qafqazda təhlükəsizlik məsələləri və Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyət də müzakirə edilib.
Tərəflər sentyabrın 7-dən 18-dək Gürcüstanda keçiriləcək “Layiqli tərəfdaş 2020” adlı çoxmillətli hərbi təlimlər barədə fikir mübadiləsi aparıb, bu təlimlərin məqsədinin Gürcüstan, ABŞ və tərəfdaş ölkələrin silahlı qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsi, həmçinin Qara dəniz bölgəsində sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi olduğu bildirilib.