2 Sentyabr 2020 00:44
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa hökuməti koronavirus pandemiyası səbəbindən hava məkanını 44 ölkəyə bağlı elan edib.

Teleqraf.com xəbər verir ki, Polşa Nazirlər Şurasının 31 avqust qərarına əsasən sərhədlər 15 sentyabra qədər bağlı olacaq.

Açıqlanmış siyahıya bu ölkələr daxildir: Albaniya, Argentina, Ermənistan, Baham adaları, Bəhreyn, Beliz, Boliviya, Bosniya və Herseqovina, Braziliya, Çili, Monteneqro, Dominikan Respublikası, Ekvador, Esvatini, Qvatemala, İspaniya, Honduras, Hindistan, İraq, İsrail, Qətər, Qazaxıstan, Kolumbiya, Kosovo, Kosta-Rika, Kuveyt, Livan, Liviya, Lüksemburq, Şimali Makedoniya, Maldiv adaları, Malta, Meksika, Moldova, Namibiya, Panama, Paraqvay, Peru, Kabo-Verde, Cənubi Afrika, Rumıniya, Salvador, Surinam, ABŞ.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər