"Türkiyə Avstriyadakı türkləri təsiri altına alaraq ölkəmizi bölmək istəyir. Türkiyənin təsirinin qarşısını almaq üçün əlimizdən gələni etməliyik. Çünki bu təsir inteqrasiya üçün bir zəhərdir".
Teleqraf.com xəbər verir ki, bunu Avstriyanın İnteqrasiya naziri Susanne Raab "Reuters"ə açıqlamasında bildirib.
Rəsmi Türkiyənin Susanna Raaba cavabı özünü çox gözlətməyib.
Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın Avstriya rəsmisinə ironik cavab verib.
"Sadəcə Avstriyanımı? Nə ayıb", deyə Kalın bildirib.