2 Sentyabr 2020 11:57
1 166
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İmzaladığımız müqavilələri və beynəlxalq hüququ heçə saymayın, bundan siz zərər görəcəksiniz”.

Teleqraf.com xəbər verir ki, bunu Yunanıstana müraciətində Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir Yunanıstanın Aralıq dənizində - Türkiyəyə yaxın adalarda status-kvonu dəyişməyə çalışdığını bildirib:

“Meyisti Yunanıstandan 580, Antalyadan isə cəmi 2 kilometr məsafədə yerləşir. Yunanıstan 10 kilometr bir ada üçün 40 min kilometrlik kontinental şelf istəyir.

Konkret anlaşmalar var: adalar hərbiləşdirilə bilməz. Başqasının təhriki ilə Türkiyəyə qarşı mənfi addımlar atmayın, başqasının sizdən istifadə etməsinə imkan verməyin, aramızdakı müqavilələri və beynəlxalq hüququ heçə saymayın. Yunanıstan məsələni həll etmək istəmir, düşməncəsinə bizi təhrik etməyə çalışır. Bundan Yunanıstan zərər görə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər