2 Sentyabr 2020 14:05
2 757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə naziri Sergey Şoyqu telefonu bir çox insanın “əsas düşmən”i adlandırıb.

Teleqraf.com xəbər verir ki, nazir bunu “Komsomolskaya Pravda”ya verdiyi müsahibədə masanın üstündəki smartfona işarə edərək deyib.

Onun sözlərinə görə, bu gün bir çoxları real həyatlarını əvəz edən cihazlara görə “qısa və detallı” yaşayırlar:

“Çox vaxt tamamilə lazımsız bir məlumat axını sayəsində bizə elə gəlir ki, zəngin və təlaş içində yaşayırıq. Amma əslində bir anlıq informasiya məkanında yaşayırıq ”.

Şoyqu rusları lazımsız məlumatlardan imtina etməyə və ölkəni öz gözləri ilə görməyə çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər