2 Sentyabr 2020 13:47
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Baş naziri Mixail Mişustin sabah Belarusa səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov belaruslu həmkarı Vladimir Makeylə danışıqlar zamanı açıqlayıb.

“Rusiya hökumətinin başçısı Mixail Mişustinin sabah Minskə səfəri baş tutacaq”, – deyə “TASS” Sergey Lavrovun sözlərindən sitat gətirib.

Bundan əvvəl Mişustin və Belarus Baş naziri Roman Qolovçenko telefon danışığı zamanı ticarət-iqtisadi əməkdaşlıq və Birlik dövləti formatında qarşılıqlı əlaqələrin gücləndirilməsini müzakirə etmişdilər.


Müəllif: Səxavət

Oxşar xəbərlər