Danimarka Xarici İşlər Nazirliyi Rusiyanın “Su-27” təyyarəsi tərəfindən Baltik dənizi istiqamətində ölkənin sərhədini pozmaqda ittiham etdikdən sonra rusiyalı səfir Vladimir Barbini sözügedən quruma çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.
Danimarka tərəfi hadisəni sərhəd pozuntusu hesab etdiyini vurğulayıb.
Nazirliyin rəhbəri Yeppe Kofod Rusiya da daxil olmaqla bütün ölkələr tərəfindən beynəlxalq qanunvericiliyin əsas prinsiplərinə əməl edilməsinin vacibliyini qeyd edib. Əlavə edib ki, bu cür hadisələr təkrarlanmamalıdır.
Qeyd edək ki, hadisə avqustun 28-də baş verib.