“Limuzində hava limanına doğru hərəkət edirdilər. Başını qaldırdı və mənə göz vurdu. Məəttəl qaldım. Baxışlarımı dərhal qaçırdım və qeydlər almağa davam etdim...” deyərək yaşadıqlarını danışıb. Sonra eşitdikləri isə ona həyatının şokunu yaşadıb.
Teleqraf.com xəbər verir ki, bu fikirlər Ağ Evdə mətbuat katibi işlədiyi zaman Tramp siyasətinin əsas müdafiəçilərindən biri olan Sara Sandersə məxsusdur.
“Öz adımdan danışıram: Trampın Ağ Evdə inanc, azadlıq və həyat mübarizəsi” adlı kiabında Sara Sanders ilginc məqamlara yer verib.
Kitabda ən diqqətçəkən hadisə Şimali Koreya lideri Kim Çen Inla Donald Tramp arasında 2018-ci ilin aprelində Sinqapurda baş tutan zirvə görüşü zaman baş verənlərdir.
Sanders xatirələrində qeyd edir ki, zirvə görüşündə qadın futbolu daxil olmaqla iki lider hər şeyi müzakirə edib.
O dövrdə 36 yaşında olan Sanders Kim Çin Inın ona baxdığını sezib: “Həqiqətən göz təması qurduq. Kim başını aşağı saldı və mənə göz vurdu. Məəttəl qaldım”.
Görüşdən sonra hava limanına gedərkən Sanders başına gələnləri “Canavar” adlı prezident Limuzinində Trampa danışıb. Həmin vaxt Trampın yanında Ağ Evin katibi Con Kelli də olub.
Tramp isə mətbuat katibinə bildirib ki, Kim Çen In sənə vurulub, bu səbəbdən də elə edib: “Lənətə gəlsin, sənə vurulub”.
Sanders demək istədiyi məsələnin bu olmadığını izah edəndə Tramp “Əzizim, lütfən etməyin” deyə cavab verib.
Bundan sonra limuzində qəhqəhə qopub. Kellidən dəstək alan Tramp zarafata salaraq “Oldu Sanders. Şimali Koreyaya gedirsən və əlini də daşın altına qoyursan. Ərin və uşaqların sənin üçün darıxacaq, ancaq ölkən üçün bir qəhrəman olacaqsan” deyib.
Ölkənin tanınmış Respublikaçı ailələrindən birinə mənsub olan Sandersin atası Mike Hukabe 2008 və 2016-cı illərdə prezidentliyə namizəd olub. Sara Sandersin özünün isə Arxanzasda qubernatorluq yarışında iştirak etmək niyyətində olduğuna dair xəbərlər çıxmışdı.
Sanders xatirələr kitabında Tramp və köməkçilərini kobud və qadın düşməni kimi xarakterizə edib.
Kitab yaxın zamanlarda nəşr olunacaq.