3 Sentyabr 2020 15:49
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım və həyat yoldaşı Semiha Yıldırım COVİD-19-a yoluxub.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində məlumat verib.

“Səhhətimizdə yaranmış narahatlıqla əlaqədar bu səhər Semiha xanımla birlikdə Ankara şəhər xəstəxanasına getdik. COVID-19 testimiz müsbət çıxdı. Səhhətimizdə elə bir problem yoxdur. Vətəndaşlarımızdan qaydalara riayət etmələrini xahiş edirik”.

Binəli Yıldırım qeyd edib ki, həkimlər evdə müalicə almağı məsləhət görüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər