Ankara bölgədə təkbaşına və qanundan kənar addımlar atır, ard-arda NAVTEX elan etməklə Şərqi Aralıq dənizində vəziyyəti gərginləşdirir.
Teleqraf.com xəbər verir ki, belə bəyanatla Yunanıstan hökumətinin sözçüsü Stelioas Petasas çıxış edib.
Yunan hökumət rəsmisi bildirib ki, bu cür davam edərsə Avropa Birliyi Türkiyəyə qarşı sanksiya tətbiqinə başlayacaq: “Avropalı ortaqlarımz sanksiya siyahısı hazırlayıb. Ankaranı gərginliyi azaltmağa çağırırlar. Əks təqdirdə sanksiyalar tətbiq ediləcək”.