Almaniya küçələrində yaşanan qarşıdurmalarda PKK-nın da rolu var.
Teleqraf.com milliyet.com-a istinadən xəbər verir ki, bunu Almaniyanın daxili işlər naziri Tomas de Maiziere açıqlayıb. O bununla Almaniyadakı bəzi siyasətçilərin “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı döyüşən PKK-nın terror təşkilatları siyahısından çıxarılması tələbinə cavab verib: “Təbii ki, Türkiyənin kürdlərlə həll prosesinə başlamasını məmnuniyyətlə qarşıladım. Amma PKK bir terror təşkilatıdır. Bu bizim üçün dəyişməz qalacaq. Son günlər Almaniya küçələrində baş verən toqquşamalarda gördük ki, zorakılıq aktlarında PKK-nın da əli var”.
Maiziere Kobanidəki qarşıdurmalara etiraz əlaməti olaraq aksiya kçirmək istəyənlərə də xəbərdalıq edib: “Dinc nümayişlərə hörmət göstəririk. Almaniyada hər kəs azad və dinc şəkildə etiraz edə bilər. Ancaq şiddətlə nəticələnən aksiyalara qarşı tolerantlıq göstərməyəcəyik”.
Samir