4 Sentyabr 2020 12:49
1 475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko Almaniya, Fransa və İtaliyanın bu təklifi dəstəkləməkdən imtina etməsi səbəbindən Avropa İttifaqının sanksiya siyahısına daxil edilməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Die Welt” nəşri məlumat yayıb.

Məlumatda Berlin, Paris və Romanın Lukaşenko ilə əlaqə kanallarını açıq saxlamağın lazım olduğuna inandıqları qeyd edilib. Onların fikrincə, sanksiya tətbiq etmək Belarusla dialoqun tamamilə dayandırılması deməkdir.

Baltikyanı ölkələrin və Polşanın Lukaşenkoya qarşı sanksiya tətbiq olunmasının tərəfdarı olduğu qeyd edilib.

Baltikyanı ölkələr avqustun 31-də Belarus liderinə qarşı sanksiyaların tətbiq olunduğunu açıqlayıb. Onun Latviya, Litva və Estoniyaya girişi qadağan edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər