4 Sentyabr 2020 17:37
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məktəblərə, əyləncə mərkəzlərinə və kütləvi məkanlara hücum hazırlayan 13 nəfərin qarşısı alınıb.

Teleqraf.com xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Bürosu (FSB) aylardır izlədiyi qrupa qarşı əməliyyat keçirib.

Əməliyyat zamanı saxlanılanların mənsub olduğu təşkilat və təriqətin adı açıqlanmasa da FSB bəyan edib ki, uzun müddətdir izlənilən bu şəxslər bəzi mobil əlaqələr proqramı üzərində bir-birilə xəbərləşib və yazışmalarda hücum üçün son hazırlıq gördüklərini ifadə ediblər.

Saxlanılan şəxslər hədəfə aldıqları məktəb, əyləncə mərkəzləri və insanların kütləvi olduğu məkanlara hücum etmək niyyətində olublar. FSB keçirdiyi əməliyyatla bu şəxslərin hamısını saxlayıb.

Onlardan kustar üsullarla hazırlanan əl bombaları, tapançalar, sui-qəsd silahları və partlayıcı maddələr ələ keçirilib.

FSB bildirib ki, saxlanılan 11 nəfər mobil proqram üzərindən hücum planlayan, 2 nəfər isə planlamaları koordinasiya edən şəxslər olub.


Müəllif: Cavad