4 Sentyabr 2020 22:45
4 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Donald Tramp payızda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə, ABŞ-ı NATO-dan çıxara bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti məlumat yayıb.

Nəşr qeyd edib ki, Trampın NATO ilə bağlı qərarı Rusiya Prezidenti Vladimir Putin üçün böyük bir qələbə olacaq. Bundan əvvəl prezidentin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton Trampın ittifaqdan çıxacağını 2020-ci il prezident seçkilərindən əvvəl elan edəcəyini deyib.

2018-ci ilin yayında, NATO üzvü olan ölkələrin liderlərinin zirvə toplantısı zamanı Amerika lideri müşavirinə ittifaqın mövcudluğunda heç bir məna görmədiyini söyləyib və ABŞ-ın oradan çəkilməsini təklif edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər