Banqladeşin paytaxtı Dəkkədə Fatullah Tolla Baitus-Salam məscidində yanğın olub.
Teleqraf.com xəbər verir ki, yanğın nəticəsində məsciddə olan 200 nəfərdən 3-ü ölüb, 50-si yaralanıb. Hadisə yerinə xeyli sayda yanğınsöndürən və təcili yardım maşınları yollanıb.
Yanğına kondinsionerlərin partlaması səbəb olub.
Polis araşdırma aparır.