“Fransa Prezidenti Emmanuel Makron Livana yeni işğalçı simasında gəlib”.
Teleqraf.com xəbər verir ki, bunu Livanın Hizbullah təşkilatının ilk lideri Şeyx Sübhi Tüfeyli deyib.
Şeyx Beyrut limanındakı partlayışdan sonra Makronun Livana iki dəfə səfər etməsinin arxasında məkrli planının dayandığını iddia edib: “Fransanı xristianlar, İranı da şiələr üçün mərhəmətli ölkə kimi görənlər yanlışlığa yol verirlər”.
O, Livan hökumətini Fransa prezidentinə olan xoş münasibətinə görə tənqid edib:
“Livandakı siyasi qüvvələrin hamısı Makrona boyun əydi. Əgər bunu ölkədə ictimai, iqtisadi və təhlükəsizlik fəlakətinin yaşandığı iddiası ilə edirsinizsə, bu fəlakətə yol açan sizsiniz. Birinci Dünya Müharibəsindən sonra fransız general Anri Quro ölkələri işğal etmək üçün gəlmişdi, indi də Makron eyni düşüncəylə yeni işğalçı simasında gəlir”.