“Türkiyə qardaş Azərbaycanın dəstəyindən məmnundur”.
Teleqraf.com xəbər ki, bu sözləri Türkiyə Dövlət İşçilərinin İnkişaf və Həmrəylik Cəmiyyətinin sədri Əbubəkr Qorxmaz deyib.
“İki qardaş ölkənin bir-birinə dəstəyi göz qarşısındadır. Tovuz hadisələri zamanı Türkiyə birbaşa Azərbaycana öz dəstəyini göstərdi. Bir neçə gün əvvəl isə Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstan səfirinə dediyi sözlər Türkiyədə böyük hörmət və sevgi ilə qarşılanıb. Bu çıxış sosial şəbəkələrdə böyük rezonans doğurub. Azərbaycan prezidenti birmənalı şəkilıdə Yunanıstan və Türkiyə arasında yaranan böhranda Azərbaycanın Türkiyənin yanında olduğunu bəyan etdi. Bu, əsl qardaşlıq və səmimi davranışdır. Bu dəstəyin beynəlxalq münasibətlərdə böyük rolu var”, - cəmiyyət sədri bildirib.
Əlavə edək ki, bu haqda saytımıza diaspor üzrə ekspert Elnur Eltürk məlumat verib.