5 Sentyabr 2020 15:17
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikalı aktrisa və müğənni Anni Kordi vəfat edib.

Teleqraf.com xəbər verir ki, ulduzun Fransanın Vallauris şəhərində öldüyü açıqlanıb.

Məşhur sənətçi ürək tutmasından qəfil vəfat edib. Kordinin 92 yaşı vardı.

Son illərdə aktrisa və müğənninin yaddaş problemlərinin olduğu bildirilib.

Anni Kordu (əsl adı - Leoniya Juliana Kuremen) 1928-ci il iyunun 16-da doğulub. “Sonuncu brilliant”, “Pişik”, “Vəhşi bitkilər”, “Disko” və “Aprel balığı” kimi filmlərdə çəkilib. Ümumilikdə, karyerası ərzində 50-dən çox filmdə rol alıb.

Bundan əlavə, Kordu 700-dən çox mahnı yazıb. Ən məşhur əsərləri arasında “Tata Yoyo” və “La bonne du cure” var.


Müəllif: Mənsur Rəğbətoğlu