5 Sentyabr 2020 19:57
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanında xaricə qanunsuz pul köçürmələri edən 9 əcnəbi həbs edilib.

Teleqraf.com xəbər verir ki, istintaq zamanı Krallıqda müvəqqəti yaşamaq hüququ olan əcnəbilərin bu pul vəsaitini Səudiyyə Ərəbistanı vətəndaşlarının şəxsi bank hesablarından xarici banklara köçürdükləri məlum olub.

Həbs olunanlar arasında 3 Suriya, 3 Misir, habelə Yəmən, Pakistan və Türkiyə vətəndaşları var. Qrup şəklində qanunsuz pul köçürmələri ilə məşğul olan bu şəxslərin evlərindən 1 milyon rial (267 min dollar) vəsait götürülərək müsadirə olunub. Səudiyyə Ərəbistanının Prokurorluğu cinayətkar dəstə barəsində təhqiqat aparır.

Qeyd olunub ki, avqustda da Səudiyyə Ərəbistanından qanunsuz yollarla 500 milyon rial (133 milyon dollar) pul vəsaitini transfer edən cinayətkar dəstənin üzvləri həbs olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər