ABŞ Prezidenti Donal Tramp qarşıdurmalar zamanı ölən amerikalı hərbçiləri uduzan və məğlub adlandıraraq təhqir etdiyi barədə iddialara sərt təpki göstərib.
Teleqraf.com xəbər verir ki, Tramp mediada çıxan xəbərləri utancverici xəbərlər kimi xarakterizə etdiyini bildirib.
Onun sözlərinə görə, özü kimi heç kəs ordu üçün mühüm addımlar atmayıb: "Mənim hərbiyə ayırdığım büdcəni heç kəs ayırmayıb. Hərbçilərin maaşı artırılıb. Bu, utanverici bir situasiyadır".