Norveçdə mindən çox insan böyük dini tədbiri ziyarət edəndən sonra karantinə yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, əksəriyyəti məktəb, uşaq bağçası və tibb müəssisələri işçiləri olan 1100 insan Norveçin Sarpborq və Fredrikstad şəhərlərində karantinə alınıb.
Bu barədə qərar istirahət günlərində Estfoll əyalətində keçirilmiş dini mərasimdə iştirak edən 100 nəfərin COVID-19 koronavirusuna yoluxmasından sonra yerli səhiyyə orqanları tərəfindən qəbul edilib.