Belarusda prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskaya ölkədən getmə səbəbləri barədə danışa bilmədiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, bunu Yutubda canlı yayımda bildirib.
“Çox təəssüf edirəm ki, bu barədə indi danışa bilmərəm. Bəlkə də yaxın gələcəkdə bu hekayəni danışa biləcəyəm, amma hələ hazır deyiləm”, - deyə Tixanovskaya Litvaya getməyinin səbəbi barədə sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, ölkədən getməsinin təhlükəsizlik səbəbləri ilə əlaqəli olduğunu demək olar.
Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Seçkidən sonra Tixanovskaya Belarusdan Litvaya gedib.