Rumıniyada dekabrın 6-da parlament seçkiləri keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Baş naziri Lüdovik Orban məlumat verib.
O qeyd edib ki, koronavirusla bağlı olan risklərə rəğmən seçkilərin keçirilməsi gözlənilir və ölkə qanunvericiliyinə əsasən ən uyğun vaxt dekabrın 6-dır.
Analitiklərin fikrincə, hazırkı Baş Nazir Lüdovik Orbanın başçılıq etdiyi Milli Liberal Partiyası (PNL) parlament seçkilərində qalib gələcək.
Qeyd edək ki, koronavirus epidemiyası ilə üzləşmiş Rumıniyanın iqtisadiyyatı 12,3 faiz azalıb. Hökumətin yeni ildə qarşısına qoyduğu vəzifələrdən ən əsası məhz iqtisadi vəziyyəti yaxşılaşdırmaq olacaq.