Rusiyada keçirilən "Beynəlxalq Ordu Oyunları- 2020" yarışında qorxu dolu anlar yaşanıb.
Teleqraf.com xəbər verir ki, raket rus hərbçinin çiynində partlayıb.
Rusiyalı əsgər "İqla" adlı raketi çiyninə alaraq atəş əmrini gözləyib. Bir müddət sonra əmr verilib və raket qəfil hərbçinin çiynində partlayıb.
Hərbçinin vəziyyətinin normal olduğu bildirilir. Hələlik hadisə barədə rəsmi açıqlama verilməyib.