6 Sentyabr 2020 18:14
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tunisdə terrorçular Milli Qvardiyanın əsgərlərinə bıçaqla hücum ediblər.

Teleqraf.com xəbər verir ki, bir polis zabitini qətlə yetirən və Milli Qvardiyanın bir əsgərini də yaralayan terrorçulara qarşı əməliyyat həyata keçirilib.

Milli Qvardiyanın sözçüsü jurnalistlərə bildirib ki, Əl-Kantaouj və Cəbali kurort məkanlarına qaçmağa çalışan üç terrorçu öldürülüb. Onların avtomobilindən qətlə yetirilən və yaralanan polislərin silahları tapılıb.

Qeyd edək ki, 2015-ci ildə Souss kurort şəhərində Tunis tarixinin ən dəhşətli terror aktı törədilib. Həmin vaxt terrorçuların çimərliklərdə istirahət edən əcnəbilərə atəş açması nəticəsində 38 turist həlak olmuşdu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər