6 Sentyabr 2020 18:58
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın "Real" futbol klubuna forvardı Qaret Beyla aid təklif daxil olmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə klubun rəsmiləri xəbər verib.

Daha əvvəl oyunçu klubdan ayrılmaq istədiyini açıqlayıb. 31 yaşlı futbolçunun sözlərinə görə, “Real” bütün gələn transfer təkliflərini blok edib.

Q.Beyl "Real Madrid"in ən çox maaş alan futbolçusudur və maaşının azaldılması ilə razı deyil, bu səbəbdən də digər klublar onu almaq istəmirlər. İngilis “Tottenhem”in baş məşqçisi Joze Mourinyonun onun transferi ilə maraqlansada, klub rəhbərliyinin böyük məbləğlər xərcləməyə hazır olmadığı bildirilir.

Xatırladaq ki, futbolçunun "Real"la müqaviləsi 30 iyun 2022-ci il tarixinədək qüvvədədir. "Transfermarkt" portalının məlumatına görə, hücumçunun transferi 32 milyon avroya qiymətləndirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər