Türkiyənin “Roketsan” şirkəti Quru Qoşunları Komandanlığına aid modernləşdirilmiş “Leopard” 2A4 əsas döyüş tankını yerli istehsal olan zirehlə təchiz edib.
Teleqraf.com xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti R.T.Ərdoğan da iştirak edib.
Modernləşdirilən “Leopard” 2A4 tankının ağırlığı 55 tondan 62 tona yüksəlib.
Oktyabr ayından etibarən hər ay iki modernləşdirilmiş “Leopard” 2A4 tankının hər ay Türkiyə Quru Qoşunları Komandanlığına təslim ediləcəyi və ilk mərhələdə 40 tankın modernləşdiriləcəyi qeyd edilib.