6 Sentyabr 2020 22:39
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada məktəblilər üçün nəzərdə tutulmuş coğrafiya dərsliyində PKK terror təşkilatı barədə məlumatlar yer alıb. Amma dərslikdə PKK əraziyə nəzarət edən siyasi təşkilat kimi təqdim olunub.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

"Bu, Fransanın yürütdüyü siyasətin nəticəsidir. Fransa xarici siyasətdə hər məsələdə Türkiyəyə qarşı mövqe tutur və tarixi təhrif edir. Bu, narahatlıq doğuran haldır. Fransızlar Suriyanın ərazi bütövlüyü üçün həyata keçirdiyimiz terrorla mübarizə fəaliyyətlərimizi işğal kimi qiymətləndiriblər. Biz öz əməliyyatlarımızla onların terror dövləti yaratmaq planlarına zərbə vurmuşuq. Fransanın məlum ittihamlarının arxasında bu durumdan qaynaqlanan bir xəyal qırıqlığı var", - H.Aksoy bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər