7 Sentyabr 2020 01:36
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskvada daha 14 nəfər koronavirusdan ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin COVID-19-la mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.

Qeyd edilir ki, son sutka ərzində paytaxtda daha 14 pasiyent təhlükəli infeksiyanın qurbanı olub. Bununla da Moskvada koronavirusa yoluxanların sayı 4 905 nəfərə çatıb.

"Moskvada pnevmoniya diaqnozunun təsdiqləndiyi və koronavirus infeksiyası testinin müsbət çıxdığı 14 pasiyent vəfat edib", - deyə xəbərdə qeyd edilir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Hazırda virus 218 ölkə və bölgədə qeydə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər