Rəsmi Pekin ABŞ-ın çinli media qurumlarında çalışan jurnalistlərə tətbiq etdiyi viza məhdudiyyətinə sərt cavab verib.
Teleqraf.com xəbər verir ki, Çində fəaliyyət göstərən ABŞ media qurumlarında işləyən jurnalistlərin press kartının müddəti uzadılmayıb.
ABŞ-ın populyar CNN televiziyasının Çin üzrə müxbiri David Kulver media kartını yeniləmək üçün Çin rəsmi qurumlarına üz tutub. Çinli məmurlar isə Kulverin 1 illik press kart əvəzinə 2 aylıq qəzetçilik fəaliyyəti göstərməsinə icazə verib.
Çin rəsmiləri David Kulverə bu addımların jurnalistika ilə əlaqəsi olmadığı, ABŞ Prezidenti Donald Trampın çinli media quruluşlarına qarşı atdığı addımlara cavab xarakteri daşıdığı bildirib.