7 Sentyabr 2020 14:37
1 666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusun tanınmış müxalif siyasətçilərindən olan Mariya Kolesnikovanın paytaxt Minskdə naməlum şəxslər tərəfindən qaçırıldığı iddia edilib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Tut.by saytı xəbər yayıb.

Sayta danışan şahid Milli İncəsənət Muzeyi qarşısında bir qrup maskalı şəxsin M.Kolesnikovanı mikroavtobusa minməyə məcbur etdiyini söyləyib.

“Reuters” agentliyi isə isə Kolesnikovanın Minskin mərkəzində naməlum şəxslər tərəfindən qaçırılması ehtimalına dair xəbərləri Belarus polisinin araşdırdığını qeyd edib.

Mariya Kolesnikova Belarusda vacib fiqurdur. O, Prezident Aleksandr Lukaşenkoya qarşı etirazlar nəticəsində yaradılan müxalifətin Koordinasiya Şurasının rəhbərliyində yer alır.

“AFP” bazar günü ölkədə A.Lukaşenkoya qarşı keçirilən etiraz nümayişlərində 633 nəfərin həbs olunduğunu açıqlayıb.

Qeyd edək ki, Belarusda keçirilən son seçkilərdən sonra A.Lukaşenko 80 faiz səslə yenidən prezident seçilib. Ancaq Belarus müxalifəti seçkinin qeyri-düzgün keçirildiyi iddiası ilə ölkə daxilində etiraz aksiyaları təşkil etməyə başlayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər