7 Sentyabr 2020 21:58
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərində 2017-ci ildə Yeni il gecəsi terror aktı törətməkdə təqsirli bilinən şəxsin barəsində məhkəmə hökmü elan olunub.

Teleqraf.com xəbər verir ki, Reina gecə klubundakı terror hücumunu həyata keçirən Özbəkistan vətəndaşı Abdulkadir Maşaripov ömürlük həbs cəzasına məhkum edilib.

Yeni il gecəsi İstanbulun Ortaköy rayonunda yerləşən Reina gecə klubuna edilən hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Ölənlər arasında əslən azərbaycanlı Nuranə Həsənova da olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər