Belarus müxalifətin tanınmış simalarından olan Mariya Kolesnikovanın Minskdə qaçırıldığı haqda xəbərə aydınlıq gətirilib.
Teleqraf.com xəbər verir ki, Belarusun rəsmi mediası Kolesnikavanın Ukraynaya keçmək istəyərkən sərhədçilər tərəfindən saxlanıldığı barədə məlumat yayıb.
Hazırda Belarusda populyar musiqiçi olan 38 yaşlı Kolesnikava Prezident Aleksandr Lukaşenkoya qarşı başlayan etirazları təşkil edən əsas şəxslərdən hesab olunur.