Böhran Ukraynada “soyuq müharibə” ilə nəticələnə bilər.
Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, bunu Finlandiya respublikasının prezidenti Sauli Niinistyo açıqlayıb. Onun sözlərinə görə, Rusiya və Qərb konstruktiv dialoq apara bilməsələr Ukraynanı ciddi problemlər gözləyir.
O qeyd edib ki, Finlandiya Avropa İttifaqının rəsmi Moskva barəsində sanksiyalarını tam dəstəkləyir: “Lakin Qərb və Rusiya münasibətlərində gərginliyinin davam etdirilməsinə yol verə bilmərik. Onlar arasında mütləq davamlı dialoq olmalıdır”.
Niinistyo böhran nəticəsində yarana biləcək “soyuq müharibə” heç kimə sərf etmir. O bildirib ki, Rusiya Ukraynanın şərqində vəziyyətin müzakirəsi zamanı konstruktiv yanaşma nümayiş etdirməlidir. Bundan sonra Rusiyaya qarşı sanksiyaların ləğv edilməsi imkanını nəzərdən keçirmək olar.
Samir