Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə dünən keçirilən hökumət toplantısında Şərqi Aralıq dənizi və Egey dənizində baş verənlər müzakirə edilib.
Teleqraf.com xəbər verir ki, iclasda hazırda Rodos adası yaxınlarında qazma-axtarış işi aparan "Oruc Rəis" gəmisinə hücum ediləcəyi təqdirdə hansı addımlar atılacağı məsələsi diqqətə alınıb.
Prezident Ərdoğanın “Oruc Rəis" gəmisini mühafizə edən hərbi gəmilərin ilk atəş açmaması və qarşı tərəfdən hər hansı bir həmlə gələrsə, lazımi addım atılması ilə bağlı təlimat verdiyi bildirilir.
İclasda Yunanıstanın və ona dəstək verən Fransa ilə Şərqi Aralıq və Egey dənizlərində müşahidə edilən gərginliyin BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılması barədə də fikir mübadiləsi aparılıb.