Türkiyədə gün ərzində daha 55 nəfər koronavirusdan dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb.
Onun sözlərinə görə, ölkədə koronadan ölənlərin ümumi sayı 6 min 837 nəfərə çatıb.
Nazir qeyd edib ki, Türkiyədə indiyədək 254 min 188 nəfər koronavirusa yoluxub.