Latviya hökuməti hərbi qulluqçuların NATO-nun İraqdakı missiyasında 2022-ci il noyabrın 1-dək iştirakına dair Seymin qərar layihəsini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bu ilin əvvəlində vəziyyətin gərginləşməsindən sonra İraq NATO-ya yerli təhlükəsizlik qüvvələrin gücləndirilməsinə dəstəyi artırmaq xahişi ilə müraciət edib. NATO-nun İraqdakı missiyası döyüş tapşırıqlarını yerinə yetirmir.
Latviya hərbi qulluqçuları İraqda “İnherent Resolve” (Sarsılmaz qətiyyət) əməliyyatında iştirak ediblər. Onlar burada yerli təhlükəsizlik qüvvələrinə təlim keçiblər.