10 Sentyabr 2020 10:05
5 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə oktyabrın 11-də keçiriləcək prezident seçkilərinə müdaxilə edir.

Teleqraf.com xəbər verir ki, bu gözlənilməz iddia ilə Şimali Kipr Türk Respublikasının Prezidenti Mustafa Akıncı çıxış edib.

15 iyul dövlət çevrilişinə cəhd zamanı Türkiyədə mülki hakimiyyəti dəstəklədiyini bəyan edən Akıncı əlavə edib ki, Türkiyə demokratiyasına, mülki idarəçiliyə, xalqına və onun qərarına hörmət əlaməti olaraq belə mövqe sərgilənib: “İndi də Kipr demokratiyasına, xalqımızın qərarına eyni hörməti gözləyirik. Seçkilərdə kiminsə tərəfi olmaq kimi bir səhv addımın atılmamasını istəyirik. Bu məsələdə ip ucları olduğu üçün deyirəm”.

Prezident daha sonra qeyd edib ki, müdaxiləsiz seçki Kipr türk xalqının öz taleyini özü müəyyən etməsi, bunun mübahisəsiz bir seçki olması hər şeydən üstündür: “Buna da hər kəsin hörmətlə yanaşması lazımdır. Bizi rəsmən tanıdığını dünyaya elan edən Türkiyə Cümhuriyyəti belə tanımanın tələblərini tam olaraq yerinə gətirmədiyi kimi Cənubi Kiprin tanımaması şərtlərini də bu illər ərzində yerinə yetirmədi”.

Yunanların hakim olduğu bir dövlətdə Kipr türk xalqının var olmayacağına diqqət çəkən Mustafa Akıncı əlavə edib ki, bu mümkün deyil, amma eyni şəkildə Kipr türk xalqı Türkiyənin bir alt idarəçiliyi kimi də görmür.


Müəllif: Cavad

Oxşar xəbərlər