Uelsdə 14 yaşlı şagirdi ilə cinsi münasibətdə olan 28 yaşlı idman müəlliməsi azadlıqdan məhrum edilib.
Teleqraf.com xəbər verir ki, Katie Smith adlı müəllimə öncə şagirdə açıq-saçıq fotolarını və mesajlar göndərib. Daha sonra onu idman zalına apararaq "çirkin niyyətini" həyata keçirib.
Şagird baş verənləri evdə danışandan sonra anası polisə şikayət edib.
Qadın 3 il azadlıqdan məhrum edilib.