Xarici İşlər Nazirliyi (XİN) xarici siyasətdəki bütün hiyləgər planlarını puç etdiyi Fransa prezidenti Emmanuel Makronun ürək acısı ilə Türkiyəyə hücum etdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, XİN Makronun açıqlamalarına reaksiya verib.
Nazirliyin verdiyi açıqlamada bildirilib ki, Fransa prezidenti Makron təkrar köhnə müstəmləkə refleksləri ilə ucadan dərs keçməyə cəhd göstərir. Əslində Makronun açıqlamaları öz bacarıqsızlığının və ümidsizliyinin təzahürüdür. Çünki bütün dünyada sərbəst at çapdıqları günlər bitmişdir. Xarici siyasətdəki bütün hiyləgər planlarını puça çıxardıq. Makron hörmətsiz bir şəkildə Türkiyəyə və Cənab Prezident Rəcəb Tayyib Ərdoğana hücum edir. Prezident Ərdoğan Avropada ən yüksək səs toplayaraq seçilən liderlərdən biridir. Cənab Prezident hər zaman gücünü Türk xalqından götürüb. Makronun Aralıq dənizindəki və ya başqa bir coğrafiyadakı hər hansı bir ölkənin dənizdibi ərazisini təyin etməsi həddi deyil. Fransa Yunanıstan və Kıbrıs Rum İdarəsinin kor-koranə vəkili rolunu oynamasın. Birtərəfli və təxribat xarakterli addımlar atmamalıdır. Dialoqdan tərəf olan mövqeyini ortaya qoymalıdır. Bu, həm də Avropalılığımızın və NATO müttəfiqliyimizin tələbidir.
Makronun fərdi və millətçi münasibəti ilə gərginliyi təşviq etdiyinə və Avropanın və Aİ-nin böyük maraqlarını riskə etdiyinə işarə edilən açıqlamada "Şərqi Aralıq dənizində sərhəddi belə olmayan Fransanın Türkiyənin bölgədəki tərəfdaşlığını, əməkdaşlığını və insani və təşəbbüskarlığını tənqid etməsi əsassızdır. Xalq arasındakı dəstəyi davamlı azalan Makronun qarşı-qarşıya olduğu bu vəziyyətini Fransız xalqının təqdirinə buraxırıq" deyilib.