NATO-nun Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında Türkiyə və Yunanıstanı təmsil edən hərbi heyətlər arasında “Proseduraların aydınlaşdırılması” texniki görüşü keçirilib.
Teleqraf.com xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb. Bildirilir ki, hərbi birliklər arasında mümkün toqquşmaların qarşısını almaq üçün tədbirlərin müzakirə olunduğu iclasda qarşılıqlı fikir mübadiləsi aparılıb.
Növbəti görüşün qarşıdakı günlərdə keçirilməsi nəzərdə tutulur.