11 Sentyabr 2020 22:24
1 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya Prezidenti Jair Bolsonaru ölkəsinin koronavirusa qalib gəldiyini elan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Globo” nəşri yazıb. “Biz praktiki olaraq pandemiyaya qalib gəldik”, - deyə prezident bildirib. Bolsonaru daha sonra pandemiyanın nəticələrinin minimallaşdırılması üçün hökumətin gördüyü tədbirlərdən danışıb.

Qeyd edək ki, Braziliya koronavirusa yoluxma sayına görə dünyada üçüncü yerdədir (4 251 455 nəfər). Pandemiya dövründə ölkədə 129 mindən çox pasiyent ölüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər